Xəzər Xəbər

Sürüşmə zonasında drenaj quyuları qazılır VİDEO

Veb TV | 19:44 • 15 Dekabr 2018
Sürüşmə zonasında drenaj quyuları qazılır

Bayıl yamacında baş vermiş sürüşmə zonası hələ də nəzərətdə saxlanılır. Bu barədə, Fövqəladə Hallar Naziriliyinin yaradılmasının 13-cü ildönümü münasibət ilə keçirilən kollegiya iclasında nazir Kəmaləddin Heydərov məlumat verib. Onun sözlərinə görə, görülən qabağlayıcı işlərin artıq nəticəsi var. Ərazidə yeraltı suların səviyyəsi aşağı endirilib.

Yanğın hadisələrindən də danışan Kəmaləddin Heydərov ötən illə müqayisədə bu il yaşayış sahələrində baş verən yanğın hadisələrinin sayında kəskin azalma olduğunu deyib. Onun sözlərinə görə, bu il respublika ərazisində 14 min 785 yanğın hadisəsi qeydə alınıb.

Həmçinin bu il meşə sahələrində 9 yanğın hadisəsi qeydə alınıb. 1250 hektara yaxın sahə, həmçinin 2500 hektara yaxın taxıl zəmisi yanğından mühafizə olunub. 2018-ci il ərzində respublikanın pambıq qəbulu məntəqələrində, zavodlarında, tarlalarında yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə yanğın texnikasının və şəxsi heyətin növbə çəkmələri təşkil olunub. Hesabat dövründə xeyli miqdarda pambıq tarlaları yanğından mühafizə olunub.

Tikintidə təhlükəsizliyə nəzərətdən də danışan nazir Kəmaləddin Heydərov bu məqsədlə bir neçə obyektdə yoxlama aparıldığını və ciddi qanun pozuntularına yol verən bir neçə tikintilərin dayandırıldığını da deyib.

Bu arada nazir Kəmaləddin Heydərov və nazirliyin kollektivi peşə bayramı ilə əlaqədar Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin , görkəmlioftalmoloq alim zərifəəliyevanınməzarlarınıvə Şəhidlər xiyabanını ziyarət ediblər. Nazirlikdə keçirilən kollegiya iclasda nazir bir qurp əməkdaşa mükafat və medallar verib.

Xəbər lenti