Xəzər Xəbər

İlham Əliyev Bəhreynin Kralını təbrik etdi

Gündəm | 17:23 • 15 Dekabr 2018
İlham Əliyev Bəhreynin Kralını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu göndərib.

XəzərXəbər-in məlumatına görə, təbrikdə deyilir: "Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələri daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram".


Xəbər lenti