Xəzər Xəbər

Dünyanın ən qəribə sərhəd nöqtələri: İki dövlətin sərhədi otel otağından keçir - FOTOLAR

Veb TV | 15:50 • 15 Dekabr 2018
Dünyanın ən qəribə sərhəd nöqtələri:

Dünyada bütün ölkələr arasında sərhəd nöqtələri var.

Amma elə sərhəd xətləri var ki, qəribədir və sərhəd üçün qeyri-adi sayılan yerlərdən keçir.

XəzərXəbər Ölkə.Az-a istinadən bu gün oxucularına dünyanın ən qəribə sərhəd nöqtələrini təqdim edir:

1.Hollandiya-Belçika

Hollandiya və Belçika arasında sərhəd xətti də qəribədir. Baarle qəsəbəsində yaşayan insanların da həyatı olduqca maraqlıdır. Qəsəbədən keçən sərhəd xəttinin bir tərəfi Hollandiya, digər tərəfi isə Belçikaya məxsusdur. Bəzi yerlərdə isə bu xətt evlərin, dükanların və iş yerlərinin ortasından keçir.

2.Avstriya-Macarıstan-Slovakiya

Avstriya-Macarıstan-Slovakiya arasındakı sərhəd xətti bir masadan keçir. Bir neçə dostunuzla otursanız, fərqli ölkələrdən bir-birinizin səsini rahatlıqla eşidə bilərsiniz.

3.Nepal-Çin

Nepal-Çin arasındakı "Dostluq Körpüsü”nün uzunluğu cəmi 65 metrdir.

4.İsveçrə-Fransa

İsveçrə və Fransa arasındakı sərhəd xətti otel otağından keçir.

5.Hollandiya-Almaniya

Fotodakı şəxs "Eurode” iş mərkəzində çalışır. O, bir ayağını Hollandiya, digər ayağını isə Almaniya sərhədinə qoyub.

6.İspaniya-Portuqaliya

İspaniya və Portuqaliya sərhədi bu kanatdır. Bu kanatla sürüşərək İspaniyadan Portuqaliyaya keçmək mümkündür.

7.Almaniya-İsveçrə

Sağ tərəf Almaniya, sol tərəf isə İsveçrədir.

8.İsveç-Norveç

Bu yol tam olaraq İsveç-Norveç sərhədidir.

9.ABŞ-Meksika

ABŞ-Meksika sərhəd xəttində voleybol oynamaq da mümkündür.

Xəbər lenti