Xəzər Xəbər

552 karatlıq nadir almaz tapıldı

Dünya | 14:57 • 15 Dekabr 2018
552 karatlıq nadir almaz tapıldı

Kanadada Diavik mədənində 552 karatlıq (110,4 qram) sarı almaz tapılıb.

"İnterfax” xəbər verir ki, bu, Şimali Amerikada indiyədək tapılan ən iri almazdır. Bundan əvvəlki rekord 1888-ci ildə tapılmış 440 karatlıq sarı almaza məxsusdur.

Mədənin sahibi olan "Dominion Diamond Mines” şirkətinin baş direktoru Şeyn Dörgin daşın zərgər keyfiyyətində olduğunu, lakin dəyərini təyin etmək üçün hər hansı əlamətini aşkar etmədiklərini diqqətə çatdırıb./publika.az

Xəbər lenti