Afrikada 2018-ci ilin ən yaxşı futbolçusu məlum olub.
BBC-nin keçirdiyi sorğunun nəticələrinə görə, "Liverpul”un misirli hücumçusu Məhəmməd Salah ən yaxşı seçilib.
O, səsvermədə "Yuventus”un mərakeşli müdafiəçisi Mehdi Benatia,"Napoli”nin seneqallı müdafiəçisi Kalidu Kulibalini, "Atletiko”nun qanalı yarımmüdafiəçisi Tomas Parteyvə "Liverpul”dakıseneqallı komanda yoldaşı Sadio Maneniqabaqlayıb.
Qeyd edək ki, Salah ardıcıl 2-ci dəfədir ki, bu mükafatı qazanır.