Xəzər Xəbər

Hava proqnozunu dəqiq öyrənmək mümkün olacaq - VİDEO

Veb TV | 20:56 • 14 Dekabr 2018
Hava proqnozunu dəqiq öyrənmək mümkün olacaq -

Dekabrın ikinci yarısından havanın temperaturu aşağı enəcək, yağıntı olacaq.

Xezerxeber.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, ayın birinci yarısı ilə müqayisədə havanın temperaturu aşağı enəcək, yağıntılı və küləkli günlər daha tez-tez müşahidə olunacaq. Departament direktoru, bu il kəskin şaxtaların gözlənilmədiyini bildirib.

Bununla yanaşı, gələn ildən Azərbaycanda hava proqnozunu dəqiq öyrənmək üçün yeni müşahidə sistemi tətbiq olunacaq.

Nazirliyin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktoru Hikmət Əlizadə isə son zamanlar turistlərin ov qaydalarını pozma hallarının artdığını qeyd edib.

Hikmət Əlizadə ov icazəsinə görə turizm şirkətlərinə xəbərdarlıq edildiyini və qaydalara əməl etməyənlərin lisenziyalarının ləğv ediləcəyini bildirib.

Nazirlikdən o da bildirildi ki, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan, havanı çirkləndirən 292 iaşə obyektlərindən atmosferə atılan tullantılarla bağlı monitorinqlər aparılıb. Onlardan 223-də artıq müasir standartlara cavab verən qurğu quraşdırılıb: "İki restoran isə məhkəmənin qərarı ilə bağlanıb. Hazırda isə məhkəmə tərəfindən 17 restoranın bağlanması istiqamətində isə işlər görülür".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti