Xəzər Xəbər

“Dərhal təxribatçı erməniyə tərəf qaçdım ki, əlindəki əskini alım" - Arsenal-Qarabağ oyununda erməni təxribatı - VİDEO

Veb TV | 20:05 • 14 Dekabr 2018
“Dərhal təxribatçı erməniyə tərəf qaçdım ki, əlindəki əskini alım" -

"Qarabağ" klubu Avropa Liqasinin qrup mərhələsinin son turunda- Londonda "Arsenal"la görüşün son dəqiqələrində xoşagəlməz hadisə ilə üzləşib. Hakimin əlavə etdiyi dəqiqələrdə erməni azarkeş Dağlıq Qarabağdakı qondarma rejimin saxta bayrağı ilə meydana daxil olub. Futbolçularımız isə bu hadisəyə dərhal kəskin reaksiya veriblər. Elə oyunda olan azarkeşlərimiz də matçdan sonra erməni futbol fanatlarının cavablarını veriblər.

Xezerxeber.az-ın məlumatına görə, Arsenal-Qarabağ oyununun 90+3-cü dəqiqəsində erməni azarkeş Dağlıq Qarabağdakı qondarma rejimin saxta bayrağı ilə meydançaya çıxıb və "Qarabağ"ın futbolçuları tərəfə qaçıb.

Ağdam klubunun kapitanı Rəşad Sadıqov və oyunçusu Qara Qarayev dərhal həmin şəxsə etirazlarını bildiriblər.

Erməni azarkeşə sərt cavabı komandanın kapitanı Rəşad Sadıqov verib. Azarkeşi itəliyərək meydandan çıxaran kapitan oyundan sonra hadisəni belə şərh edib: "Təxribatçını görən kimi dərhal ona tərəf qaçdım ki, əlindəki əskini alım. Amma stüardlar məni saxladı. Ona yaxınlaşmağıma imkan vermədilər. Bu, təxribatdır. Onun qarşısını almağa borclu idik".

Mühafizəçilər terroru təbliğ edən azarkeşi meydandan çıxarıblar. Hadisənin canlı şahidi ''Qarabağ'' futbol klubunun yarımmüdafiəçisi Qara Qarayev deyir ki, oyundan sonra futbolçular meydanı Azərbaycan bayraqları ilə tərk ediblər.

Futbol şərhçiləri də erməni azarkeşin məhz 93-cü dəqiqədə stadiona çıxmasını təsadüf hesab etmirlər. Çünki həmin azarkeş üzərində 1993-cü ildə öldürülmüş erməni terrorçusu Monte Melkonyanın şəkli olan forma ilə meydana çıxıb. Bununla da ermənilər Londonda terrorçuluğun təbliğini aparmağa cəhd ediblər.

Komandanın baş məşqçisi Qurban Qurbanov isə oyundan sonrakı mətbuat konfransında bu hadisəni qorxaqlıq adlandırıb.

Elə oyundan sonra da erməni azarkeşləri Qarabağın Londondakı fanatları boykot ediblər. Terroru təbliğ edən Monte Melkonyanın fanatları isə verməyə cavabları olmadığından sadəcə qaçmaqla kifayətləniblər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti