Xəzər Xəbər

Türkiyədə 844 kəndlə əlaqə kəsilib

Dünya | 15:25 • 14 Dekabr 2018
Türkiyədə 844 kəndlə əlaqə kəsilib

Türkiyənin şərq və cənub-şərq bölgəsinə yağan güclü qar nəticəsində 844 kəndlə əlaqə kəsilib. Güclü qar və sərt buz yolları bağlayıb.


Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, qarın davam etməsi yolların təmizlənməsinə böyük çətinliklər yaradır.


Qeyd edək ki, Ankara vilayəti də daxil olmaqla, ölkənin güclü qar yağan bir sıra bölgələrində dekabrın 14-dən orta məktəblərə tətil verilib.

Xəbər lenti