Xəzər Xəbər

“Gürcüstan qərarını versə...” – NATO-dan sensasion açıqlama

Dünya | 15:02 • 14 Dekabr 2018
“Gürcüstan qərarını versə...” – NATO-dan sensasion açıqlama

NATO-dakı müttəfiqlərimizin əksəriyyəti Gürcüstanın alyansa üzvlüyünə razı olmasına baxmayaraq, hələlik bu məsələdə fikir birliyi yoxdur.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstana səfər edən NATO baş katibinin Orta Asiya və Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib.

Onun sözlərinə görə, Gürcüstanın həm hərbi, həm də siyasi baxımdan NATO sıralarına cəlb olunması üçün ciddi işlər görülür:

"Lakin bu standartlara cavab vermək Gürcüstandan asılıdır. Gürcüstan bizim üçün bir nömrəli namizəddir. Buna görə də, Gürcüstan NATO-ya qoşulmaq üçün öz siyasi qərarını açıqlasa, üzvlük üçün heç bir problem olmayacaq”.

Xəbər lenti