Xəzər Xəbər

"Qalatasaray" "Mançester Siti" ilə anlaşdı

İdman | 15:11 • 14 Dekabr 2018
"Qalatasaray" "Mançester Siti" ilə anlaşdı

"Qalatasaray" "Mançester Siti" ilə anlaşıb.


"Cim-Bom"un İngiltərə klubunda heyətə düşə bilməyən futbolçuları pulsuz icarəyə götürməklə bağlı təklifi "şəhərlilər" tərəfindən qəbul edilib.


2017/18 mövsümündə Cason Denayeri "Qalatasaray"a icarəyə verən "Mançester Siti" onun inkişafından razı qalıb. İngilislər bundan sonra onu "Lion"a 6,5 milyon avroya satıb. Bu səbəbdən Premyer Liqa klubu heyətə düşməkdə çətinlik çəkən futbolçularını təcrübə qazanmaq üçün pulsuz "Qalatasaray"a icarəyə vermək istəyir.


Məlumata görə, "Qalatasaray" yanvarda "Mançester Siti"dən 2 hücumçu və 1 mərkəz müdafiəçisi icarəyə götürmək niyyətindədi.


Fanat.Az

Xəbər lenti