Xəzər Xəbər

Vəftiz mərasimində vəhşilik Qızın içindəki şeytan çıxmalıdır - VİDEO

Veb TV | 14:34 • 14 Dekabr 2018
Vəftiz mərasimində vəhşilik

Vəftiz (xaç suyuna salma) mərasimi zamanı çəkilən görüntülər təəccübləndirir.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, kadrlarda yepiskopun 2 yaşlı qızı vəhşicəsinə xaç suyuna salması əks olunub.

Görüntülər Rusiyadakı kilsələrin birində baş verib. Ilia Semiletov adlı yepiskop çılpaq qızın belindən tutaraq onun başını güclə suya salıb, çıxardıb. O, qızın ağlamağına əhəmiyyət belə vermədən bu hərəkəti bir neçə dəfə təkrarlayıb.

Mərasim zamanı yepiskopa müdaxilə edən olmayıb, əksinə ətrafdakılar onun hərəkətinə gülüblər.

Yepiskop bu hərəkətinə görə mühakimə olunsa da, qızın ailəsi ondan şikayət etməyiblər. Əksinə, yepiskopa minnətdarlıqlarını bildiriblər.

Kilsədəkilərdən biri ifadəsindəqızın içindəki "şeytan" çıxmadığına görə yepiskopun belə etdiyini söyləyib.

Xəbər lenti