Xəzər Xəbər

Azərbaycanlı azarkeşlər İngiltərədə ermənilərin DƏRSİNİ BELƏ VERDİ - VİDEO

Veb TV | 13:27 • 14 Dekabr 2018
Azərbaycanlı azarkeşlər İngiltərədə

Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçirilmiş "Arsenal” – "Qarabağ” matçının sonunda bir qrup erməni təxribat törədib.

Oyunun keçirildiyi "Emireyts” stadionunda və oyundan sonra stadion ətrafında gərgin vəziyyət yaşanıb.

Belə ki, bir erməni oyunun keçirildiyi məkana qondarma Dağlıq Qarabağ Respublikasının bayrağı ilə gəlib. Lakin o, stadionun mühafizəçiləri tərəfindən dərhal uzaqlaşdırılıb. Bunu görən azərbaycanlı azarkeşlər stadionu tərk edən erməniləri ələ salıb. Qondarma rejiminin bayrağını gətirən erməninin ünvanına təhqirlə yağdırıblar. Ermənilər isə qorxaraq sakit şəkildə oradan uzaqlaşıblar.

Oyundan sonra mətbuat konfransında çıxış edən "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da məsələyə münasibət bildirib. Baş məşqçi erməniləri qorxaq adlandırıb.

Qeyd edək ki, "Arsenal” - "Qarabağ” oyunu ingilislərin 1:0 hesablı qələbəsi ilə başa çatıb./publika.az

Xəbər lenti

Çox oxunanlar