Xəzər Xəbər

Bakıda QDİƏT nazirlərinin iclası keçirilir

Gündəm | 10:05 • 14 Dekabr 2018
Bakıda QDİƏT nazirlərinin iclası keçirilir
Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası işə başlayıb.


XəzərXəbər xəbər verir ki, iclasda təşkilata üzv ölkələrin yüksək səviyyəli rəsmilərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edirlər.

İclasdan öncə nazirlər xatirə şəkili çəkdiriblər. Açılış nitqi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxış edir.

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və tərkibinə 12 dövlət daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.

Xatırladaq ki, Azərbaycan QDİƏT-ə sədrliyi bu ilin iyun ayında qəbul edib. Nazir Elmar Məmmədyarov bildirib ki, təşkilata sədrlik dövründə prioritet regionda nəqliyyat qovşağının inkişafı olacaq. Onun sözlərinə görə, Azərbaycan bu müddətdə turizm, kənd təsərrüfatı, rabitə kimi sahələrin inkişafına da xüsusi diqqət yetirəcək.

Xəbər lenti