Xəzər Xəbər

Qurbanov “Qarabağ”ın futbolçularına təşəkkür etdi

İdman | 09:47 • 14 Dekabr 2018
Qurbanov “Qarabağ”ın futbolçularına təşəkkür etdi
"Bu gün futbolçularımdan razı qaldım, onlara təşəkkür edirəm"


Bunu "Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə İngiltərənin "Arsenal” komandası ilə oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

Ağdam klubunun baş məşqçisi bildirib: ""Arsenal" qrup mərhələsinin bütün oyunlarında çox yaxşı çıxış etdi və hər kəsdən üstün oynadı. Ümumilikdə, bəli, "Qarabağ" və "Sportinq" güc fərqində bir addım öndəydi, bəlkə də bir az daha yaxşı nəticələr qazana bilərdik. Bugünkü heyəti isə "Arsenal"ın gələcəyidir və rəqibimiz daim gənc oyunçulara şans verməklə seçilib. Bu gündə onlar "Arsenal"ın gələcəyinin güclü olduğunu göstərdilər".

Qeyd edək ki, "Qarabağ" klubu UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Arsenal” ilə qarşılaşıb. Görüş Londonun "Emireyts” stadionunda keçirilib. Maraqlı epizodlarla yadda qalan qarşılaşma meydan sahiblərinin minimal (1:0) hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Ağdam təmsilçisi Avropa Liqasında mübarizəni dayandırıb.

Xəbər lenti