Xəzər Xəbər

“Münaqişənin həlli ilə bağlı Rusiyanın səylərinə ümid edirik” - Prezident

Gündəm | 09:12 • 14 Dekabr 2018
“Münaqişənin həlli ilə bağlı Rusiyanın səylərinə ümid edirik” - Prezident
"Ümid edirik ki, 2019-cu il nizamlanma prosesinə yeni impuls verəcək. Əlbəttə ki, münaqişənin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Rusiyanın səylərinə ümid edirik"


XəzərXəbər xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

"Biz bir çox sahələrdə qarşılıqlı fəaliyyət göstəririk. Mən, həmçinin Şimal-Cənub dəhlizinin yaradılması ilə bağlı bizim fəaliyyətimizin nəticələrini məmnunluqla qeyd etmək istərdim. Biz bu istiqamətdə fəal qarşılıqlı fəaliyyət göstəririk. Müvafiq strukturlar, nəqliyyat qurumları çox məhsuldar işləyirlər. Biz bu il artıq yaxşı nəticələri görürük. Biz digər tərəfdaşlarımızla, qonşularımızla bu layihəni mümkün qədər tez başa çatdırmaq üçün birgə səylərimizi davam etdirəcəyik", - deyə ölkə başçısı çıxışında vurğulayıb.

Xəbər lenti