Xəzər Xəbər

Paşinyanın komandası Rusiyadakı erməni lobbisinə qarşı savaş açıb - VİDEO

Veb TV | 20:38 • 13 Dekabr 2018
Paşinyanın komandası Rusiyadakı erməni lobbisinə qarşı savaş açıb -

Nikol Paşinyanın komandası Rusiyadakı erməni lobbisinə qarşı savaş açıb.

Xezerxeber.az-ın məlumatına görə, Ermənistanın ''Armenianreport'' saytında növbəti anti-Rusiya xarakterli yazı dərc olunub. Məqalədə Rusiyanın erməni lobbisinin təmsilçisi Stanislav Tarasov hədəfə götürülüb. Politoloq Stanislav Tarasov da Konstantin Zatulin kimi "Lazerev klubu" deyilən neoerməni təşkilatının üzvüdür. Bu "klub"un üzvləri kimi Ermənistanın sabiq prezidentləri Serj Sarkisyan və həbsə atılmış Robert Koçaryan da çıxış edirlər. Bu və digər məsələlərdən dolayı rus ermənipərəst siyasi dairələrin mövcud Paşinyan hakimiyyətinin anti-Rusiya meyllərinə qarşı çıxmaları Ermənistanı çalxalamağa başlayıb. Məsələn, Tarasov Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri ilə bağlı deyib ki, bu seçkilər əldə edilmiş nəticələr və seçici iştirakı baxımından narahatlıq yaradır. Onun sözlərinə görə, vəziyyət hətta təhlükəlidir, Ermənistanda inqilabçılar tərəfindən formalaşdırılmış parlament ictimaiyyət tərəfindən dəstəklənməyəcək. Bu sözlərlə Tarasov Paşinyan hakimiyyətinə ən sərt silləni vurub. "Armenianreport"da dərc edilmiş anti-Rusiya xarakterli məqalədə iddia olunur ki, Rusiya erməni lobbisi vasitəsilə Ermənistanın daxili siyasətinə müdaxilə edir.

Ermənistan mediası siyasi ekspert Tarasovun simasında rəsmi Kremli təhqir və ittiham etməkdən də çəkinmir. Məsələn, məqalədə qeyd olunur ki, Tarasov ölkəsinin diktator tərəfindən idarə olunmasından xəbərsizdir və diktatura siyasətini yanlışlıqla Ermənistanda görür.

Görünür, bu açıqlamaları edən ermənilər unudublar ki, Kremlin sayəsində xəritədən silinməyən Ermənistan Rusiyanın bir zərbəsinə bənddir ki, fiziki və siyasi cəhətdən məhv olsun.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti