Xəzər Xəbər

Bakıda Yeni il hazırlıqlarına başlanılıb - VİDEO

Veb TV | 20:59 • 13 Dekabr 2018
Bakıda Yeni il hazırlıqlarına başlanılıb -

Bakıda Yeni il hazırlıqlarına başlanılıb. Şəhər bəzədilir və ayrı-ayrı yerlərdə bayram ağacları qurulur.

Xezerxeber.az-ın məlumatına görə, şəhərin mərkəzi küçələri, Dənizkənarı bulvar və digər yerlərdə Yeni il ab-havası hiss olunmağa başlayıb. Artıq Dənizkənarı Milli Park ərazisi boyunca ağaclar çıl-çıraqlarla bəzədilib.

Paytaxt sakinləri hər il olduğu kimi bu Yeni ildə də şəhərdə bayram ab-havasının möhtəşəm olacağını gözləyirlər.

Bayramla əlaqədar Dənizkənarı bulvar ərazisində daha bir neçə yeniliyin olacağı bildirilir. Bəzəkli tunellə yanaşı, təxminən 30 metr məsafədə diametri 5 m. olan və işıqlarla bəzədilən şarın yaxınlığında Yeni ilin rəmzi olan xizəyə qoşulmuş maral işıqlarla bəzədilmiş retro maşınlar qoyulacaq. Əraziyə həmçinin işıqlarla bəzədilmiş iri ölçüdə rəmzi hədiyyə qutuları və "Qar adamı" da quraşdırılacaq. Bulvardakı gəzinti qatarları bəzədiləcək, Neftçilər prospekti boyu işıq dirəklərində Azərbaycan bayrağı əks olunacaq.

Hər il olduğu kimi bu il də bayramı Bakıda keçirmək üçün ölkəmizə gələn turistlər var.

Bayram günlərində isə Dənizkınarı Bulvar İdarəsi paytaxt sakinləri və qonaqlar üçün maraqlı proqramlar təqdim edəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti