Xəzər Xəbər

Gənclər Fondu 237 tələbənin təhsil xərclərini ödəyəcək - VİDEO

Veb TV | 20:00 • 13 Dekabr 2018
Gənclər Fondu 237 tələbənin təhsil xərclərini ödəyəcək -

Gənclər Fondu sosial müdafiəyə xüsusi ehtiyacı olan gənclərin təhsil xərclərinin ödənilməsi üçün keçirdiyi müsabiqənin nəticələrini açıqlayıb.

Xezerxeber.az-ın məlumatına görə, müsabiqənin nəticələrinə əsasən sosial müdafiəyə xüsüsi ehtiyacı olan 237 tələbənin təhsil xərcləri qarşılanacaq.

Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov deyib ki, müsabiqə çərçivəsində ümumilikdə ökənin 58 rayonundan müraciətlər daxil olub. Müsabiqə zamanı gəncin təhsil göstəriciləri və xüsusi sosial müdafiəyə etiyacı olması kriteriyaları əsas götürülüb.

Beləliklə, 237 tələbənin iki illik təhsil xərcləri Gənclər Fond tərəfindən ödəniləcək.

Fərid Cəfərov bildirib ki, növbəti illərdə müsabiqənin özəl universitetləri də əhatə edəcəyi nəzərdə tutulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti