Güclü qar Gürcüstanın bir sıra dağlıq ərazilərində, eləcə də Acarıstan Muxtar Respublikası ərazisində ciddi problemlər yaradıb.
Bəzi bölgələrə gedən yollar bağlanıb. Acarıstan MR-in Xulo bələdiyyəsinin Danisparauli və Xixadzuri kəndlərində vəziyyət daha acınacaqlıdır. Bu kəndlərdə 350 ailə işıqsız qalıb.
"Energo-Pro Georgia” kompaniyasının briqadaları həmin ərazilərdə təbii fəlakətin nəticələrini aradan qaldırmağa çalışırlar. (AZƏRTAC)