Xəzər Xəbər

Naməlum şəxsin açdığı atəş nəticəsində iki israilli həlak olub

Dünya | 17:15 • 13 Dekabr 2018
Naməlum şəxsin açdığı atəş nəticəsində iki israilli həlak olub

İordan çayının qərb sahilində naməlum şəxsin hücumu nəticəsində iki israilli həlak olub, iki nəfər isə ağır yaralanıb.

Xezerxeber.az xəbər verir ki, İsrail ordusunun mətbuat xidməti tərəfindən yayılan məlumata görə, fələstinli avtobus dayanacağındakı insanlara atəş açıb. Ölənlərin və yaralananların mülki şəxslər, yaxud hərbçilər olduğu barədə məlumat verilmir.

Atəş açan şəxs Fələstinin faktiki paytaxtı Ramallahda gizləndiyi üçün İsrail ordusu şəhərin giriş və çıxışı yollarını nəzarət altına alıb. Hazırda onun axtarışı davam edir.

Xəbər lenti