Xəzər Xəbər

Bakıda ev və mağaza qarət edilib - VİDEO

Veb TV | 20:05 • 13 Dekabr 2018
Bakıda ev və mağaza qarət edilib -

Bakıda evdən oğurluq edilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Xətai rayonu Telnov küçəsində baş verib. Zərərçəkmiş polisə məlumat verib ki, evdə olmadığı vaxt mənzilindən dəyəri 1700 manat olan televizor, qiyməti 700 manat olan noutbuk oğurlanıb.

Polis əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Gürcüstan vətəndaşı Geidar Mursakulovu saxlayıb. O, istintaqa verdiyi ifadəsində cinayətini etiraf edərək oğurladığı əşyaları satdığını bildirib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində cinayət işi başlanıb. Onun başqa cinayətlərinin olması istisina edilmir.

Nəsimi rayonunda isə gecə saaatlarında gəlinlik paltarı satılan mağaza qarət edilib. Hadisə Vaqif prospekti 105 ünvanında yerləşən bahalı gəlinlik mağazalarından birində qeydə alınıb. Oğurluq anı mağazanın təhlükəsizlik kamerasına düşüb.

Görüntüdən aydın olur ki, iki nəfər əvvəlcə qapıya yaxınlaşırlar. Onlardan biri vintaçanla qapını açır. Digəri isə bir neçə saniyə içində mağazaya daxil olur və kassaya yaxınlaşır.

Onlar kassadan pulu götürən kimi mağazadan çıxaraq qaçırlar. Mağaza inzibatçısının sözlərinə görə, kassada pul külli miqdarda olub. Hadisədə iştirak edən şəxslərin üzü kameraya düşüb və onlar axtarışa verilib. Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti