Xəzər Xəbər

Türkiyədə hərbçiləri ildırım vurub

Dünya | 16:57 • 13 Dekabr 2018
Türkiyədə hərbçiləri ildırım vurub

Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbçiləri ildırım vurub.

Trend-in məlumatına görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Xəsarət alan hərbçilər xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti normal olaraq qiymətləndirilir.

Digər təfərrüatlar barədə məlumat verilməyib.

Xəbər lenti