Xəzər Xəbər

Türkiyədə qatar qəzası: üç maşinist və altı sərnişin həlak olub - FOTO

Dünya | 13:39 • 13 Dekabr 2018
Türkiyədə qatar qəzası:

Ankara-Konya reysini həyata keçirən sürət qatarının Marşandiz stansiyasına daxil olarkən qəzaya uğraması nəticəsində həlak olanların sayı 9 nəfərə, yaralananların sayı isə 47 nəfərə çatıb.

Xezerxeber.az Anadolu informasiya agentliyinə istinadən xəbər verir ki, ölənlərdən üçü maşinist, altısı isə sərnişindir.

Qəza ilə əlaqədar Ankara-Konya xəttində qatarların hərəkəti dayandırılıb.

Xatırladaq ki, Ankaradan Konya istiqamətində hərəkət edən sürət qatarı bu gün səhər yerli vaxtla saat 06:30-da Marşandiz stansiyasında lokomotivlə toqquşub. Nəticədə üç vaqon relsdən çıxaraq aşıb. Qəza zamanı qatarda 206 sərnişin olub.

Xəbər lenti