Xəzər Xəbər

Sərxoş vəziyyətdə polisə zəng edib “3 bomba qoyulub” dedi - AZƏRBAYCANDA

Hadisə | 13:22 • 13 Dekabr 2018
Sərxoş vəziyyətdə polisə zəng edib

Şəmkirdə polisə bomba qoyulması barədə yalan məlumat verən şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 12-də saat 18 radələrində DİN-in "102 – Zəng Mərkəzi”nə mobil telefonla zəng vuran şəxs 3 ədəd bomba qoyulması barədə məlumat verib. Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb, lakin fakt təsdiqini tapmayıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində polisə yalan məlumat verən şəxs - Şəmkir şəhər sakini, əvvəllər məhkum olunmuş Əkbər Həsənov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun ağır dərəcəli sərxoş vəziyyətdə olması da müəyyən edilib.

Araşdırma aparılır.

Xəbər lenti