Xəzər Xəbər

Senatorlardan bin Salmanı vəzifədən çıxarın çağırışı

Dünya | 12:11 • 13 Dekabr 2018
Senatorlardan bin Salmanı vəzifədən çıxarın çağırışı
ABŞ-da Cənubi Karolinadan olan senator Lindsey Qrehem, Nyu-Cersi senatoru Bob Menendez və Nyu Hampşir senatoru Janna Şahenin də aralarında olduğu bir qrup senator Yəməndəki əməliyyatlar və səudiyyəli jurnalist Camal Qaşıqçı cinayətinə dair Səudiyyə Ərəbistanına sanksiya tətbiq olunmasını nəzərdə tutan qanun layihəsi ilə bağlı birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransında çıxış edən Lindsey Qrehem qeyd edib ki, Səudiyyə Ərəbistanında Məhəmməd bin Salmanın vəliəhd şahzadə postundan uzaqlaşdırılmalıdır.

"Səudiyyə Ərəbistandakı dostlarımıza müraciət edirəm, dəyişiklik edilmədən ABŞ Senatı ilə heç bir əlaqəniz olmayacaq. O dəyişikliyin nə olduğunu müəyyən etmək sizə qalıb. Mənə görə, hazırda heç bir proses getmir. Ölkələr və şəxslər arasında münasibətlər var. O şəxs, vəliəhd şahzadə o qədər zəhərli, ləkəli və qüsurludur ki, dəyişiklik olmazsa, gələcəkdə Səudiyyə Ərəbistanı ilə iş görməyəcəyəm",-deyə Cənubi Karolinadan olan senator vurğulayıb.

Senator Menendez isə deyib ki, Yəməndəki humanitar böhran və Qaşıqçı cinayətinə dair Səudiyyə Ərəbistanına sanksiya tətbiq edilməsini nəzərdə tutan qanun layihəsini Senatın Xarici Əlaqələr Komitəsinə təqdim ediblər. O, əlavə edib ki, bu layihə ər-Riyada iqtisadi sanksiyalar tətbiq olunması və silah satışlarının dayandırılmasını təmin edəcək.

Toplantıda çıxış edən digər senator Şahen isə Yəməndə baş verənlərin "qəbuledilməz olduğunu" söyləyib: "Bu bitməyəcək. Məsul olanlar hesab verəcək. Bu iki partiyalı cəhd davam edəcək"./FaktXəbər

Xəbər lenti