Xəzər Xəbər

Xeyli sayda vəkilin cəzalandırılması ilə bağlı fikirlər əsassızdır - Anar Bağırov

Veb TV | 20:37 • 12 Dekabr 2018
Xeyli sayda vəkilin cəzalandırılması ilə bağlı fikirlər əsassızdır -

Ölkədə xeyli sayda vəkilin cəzalandırılması ilə bağlı səsləndirilən fikirlər tamamilə əsassızdır.

Xezerxeber.az-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Kollegiyanın vəkillərin fəaliyyətinə xitam vermək səlahiyyəti yoxdur. Kollegiya yalnız vəkilin fəaliyyətini dayandıra bilər. Eyni zamanda, vəkilin fəaliyyətinə xitam verilməsilə bağlı məhkəmədə iddia qaldıra bilər. Son qərarı isə məhkəmə verir.

Anar Bağırov qeyd edib ki, Vəkillər Kollegiyası bu il 4 vəkilin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edib.

O, Şahbaz Quliyev və Dilqəm Əsgərovun Ermənistan tərəfindən qeyri-qanuni olaraq girov götürülməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə edilən müraciətə də toxunub. Vəkillər Kollegiyasının sədri bildirib ki, gələn il müraciətlə əlaqədar müsbət nəticə əldə oluna bilər.

Anar Bağırov vurğulayıb ki, həm dövlət, həm də ictimaiyyət bu məsələni diqqətdə saxlayır. Avropa Şurası və Avropa Məhkəməsi də bu məsələyə lazımi diqqəti göstərir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti