Xəzər Xəbər

Baramaya olan tələbat daxili istehsal hesabına ödəniləcək - VİDEO

Veb TV | 20:42 • 12 Dekabr 2018
Baramaya olan tələbat daxili istehsal hesabına ödəniləcək -

Ölkənin baramaya olan tələbatı daxili istehsal hesabına tam ödəniləcək.

Xezerxeber.az-ın məlumatına görə,kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev deyib ki, baramaçılığın inkişafı ilə bağlı tədbirlər davam etdirilir. Bunun üçün bu il ölkəyə 1 milyon tut tingi gətirilib.

İlham Quliyev bildirib ki, oktyabr ayında Qaxda baramaçılıq üzrə damazlıq stansiyası istifadəyə verilib və hazırda fəaliyyətini davam etdirir. Hələlik isə barama toxumunun çatışmayan hissəsi Çindən gətiriləcək.

Stansiya nəzərdə tutulan güclə fəaliyyət göstərdikdən sonra ölkənin barama tələbatı daxili istehsal hesabına tam təmin ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti