Xəzər Xəbər

"DOST" mərkəzlərində 124 adda xidmət göstəriləcək - VİDEO

Veb TV | 20:38 • 12 Dekabr 2018
"DOST" mərkəzlərində 124 adda xidmət göstəriləcək -

"DOST" mərkəzlərində göstəriləcək xidmətlərin siyahısı və qaydaları təsdiq edilib. Mərkəzlərdə 124 adda xidmət göstəriləcək. Gələn ilin əvvəlinə ilk "DOST" mərkəzinin paytaxtın Yasamal rayonunda istifadəyə verilməsi nəzərdə tutulub.

Xezerxeber.az-ın məlumatına görə,artıq vətəndaşların məşğulluq, sosial təminat və əlilliklə bağlı ayrı-ayrı idarələrə müraciət etmələrinə ehtiyac qalmaycaq. "DOST" mərkəzlərində bütün bu xidmətlər bir binada və elektron qaydada həyata keçiriləcək. Məsələn, burada əmək yarmarkaları təşkil olunacaq, vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması prosesi həyata keçiriləcək. Bundan başqa, belə mərkəzlərdə işsizlikdən sığorta ödənişi təyin ediləcək, işaxtaran və işsiz şəxslərə vakansiyalar haqqında məlumat veriləcək.

Mərkəzlərdə əmək pensiyası və sosial müavinət sahələrinə dair də müxtəlif xidmətlər göstəriləcək. "DOST" mərkəzlərinin fəaliyyəti ilə ünvanlı dövlət sosial yardımın təyin edilməsi sistemi daha rahat və şəffaf yerinə yetiriləcək.

Mərkəzlərdən əlillər və sağlamlıq imkanları məhdud şəxslər də istifadə edə biləcək. Burada onlara yönəlik müxtəlif xidmətlər göstəriləcək. Bu mərkəzlərdə xidmətlər "bir pəncərə", həmçinin operativlik, vətəndaş məmnunluğu, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında həyata keçiriləcək.

"DOST" vətəndaşlara bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla, həftəboyu xidmət göstərəcək. Gələn ilin əvvəlinə ilk "DOST" mərkəzinin Yasamal rayonunda istifadəyə veriləcəyi planlaşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti