Xəzər Xəbər

"Heydər Əliyevin sözləri həyatı və tarixi dəyişirdi" - Vladimir Suxoy - VİDEO

Veb TV | 20:12 • 12 Dekabr 2018
"Heydər Əliyevin sözləri həyatı və tarixi dəyişirdi" -

Bəzi liderlər var ki, tarixə daxil olaraq orada qalırlar. Elə liderlər də var ki, milli tarixi yaradırlar. Heydər Əliyev məhz belə lider idi. O, Azərbaycanın muasir tarixini yaratdı. Tarix onu dövrünün layiqli əfsanəsi, güclü dövlət başçısı, cəsur insan, əvəzedilməz şəxs, dövlət quruculuğunda tarixi məsuliyyəti öz üzərinə görürən şəxs kimi xatrılayır.

Xezerxeber.az-ın məlumatına görə,bu barədə Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin professoru Vladimir Suxoy "Moskva-Bakı"portalına müsahibəsində deyib.

Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycana yenidən rəhbər şəxs kimi qayıtmasını xatırladan Vladmir Suxoy deyib ki, Heydər Əliyev öz ölkəsini və tarixini ürəkdən sevirdi: "O, tarixi gözəl bilirdi və anlıyırdı ki, hər yeni dövr, gələcək nəsillər tərəfindən qiymətləndiriləcək. O, iqtisadi inkişafla yanaşı, müstəqilliyin əsas elementlərindən birinin incəsənət olduğunu qəbul edirdi. Azərbaycanın mədəni irsini qiymətləndirirdi. Uzaqgörən lider, gənc nəslin təhsili və tərbiyəsinin dövlət proqramında xüsusi yer tutmasına fikir verirdi".

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinin professoru həmçinin qeyd edib ki, Heydər Əliyev yuksək təşkilatcılıq qabiliyyətinə malik olmaqla yanaşı özünə qarşı tələbkar olub: "O, qarşısındakı hər kəsi başa düşürdü. Yüksək estetik zövqə və dərin biliklərə malik idi. Genişürəkli və yaddaşı güclü idi. O, səhv edənləri də bağışlayırdı. O, siyasətçi kimi sərt tələbkarlıqla demokratiyanı bir- birinə paralel aparmağı bacarırdı".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti