Xəzər Xəbər

Ümummilli lider Heydər Əliyev böyük ehtiramla yad edildi - VİDEO

Veb TV | 20:34 • 12 Dekabr 2018
Ümummilli lider Heydər Əliyev böyük ehtiramla yad edildi -

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ötən illərdə olduğu kimi bu il də böyük izdihamla yad edildi. Vəfatından 15 il keçməsinə baxmayaraq, yenə də onu sevənlər və hörmət edənlər hamılıqla Fəxri Xiyabana gələrək, ulu öndərin məzarını ziyarət etdi, ruhuna dualar oxudular.

Xezerxeber.az-ın məlumatına görə, səhər saatlarından etibarən Fəxri Xiyabana gedən yollarda əsl insan izdihamı müşahidə edilirdi. Minlərlə insan ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək üçün Fəxri Xiyabana üz tutmuşdu. Ümummilli liderin məzarını ziyarət etmək üçün uzun növbələr gün ərzində davam etdi. Bir çox valideyn ulu öndərin məzarını ziyarətə azyaşlı övladları ilə gəlmişdi. Ziyarət axşam saatlarına qədər davam etdi.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti