Xəzər Xəbər

Ulduz basketbolçu: Aya heç kim getməyib

İdman | 11:56 • 12 Dekabr 2018
Ulduz basketbolçu: Aya heç kim getməyib
Milli Basketbol Assosiasiyasının (NBA) ulduz siması Stefan Karrinin (Stephen Curry) Aya gedilməsinə inanmadığını açıqlamasından sonra ABŞ-da böyük qalmaqal yaşanıb. "Golden State Warriors" klubunun üzvü olan Karri bu barədə yerli proqramların birində qonaq olarkən danışıb.

Məşhur basketbolçu Aya gedilməsinə inanmadığını israrla qeyd edərək bu barədə fikrinin qəti olduğunu vurğulayıb.

Stefan Karrinin bu açıqlamasına NASA-nın sözçüsü Allard Beutel münasibət bildirib. O, tanınmış basketbolçunu Aya gedilməsi ilə bağlı sübutlarla tanış olmaq üçün Texas ştatının Hyuston şəhərində yerləşən Conson Kosmik Mərkəzi nəzdindəki Ay Laboratoriyasına dəvət edib./FaktXəbər

Xəbər lenti

Çox oxunanlar