Xəzər Xəbər

Kosmosda tarixdə ilk dəfə belə bir əməliyyat həyata keçirldi VİDEO

Veb TV | 11:39 • 12 Dekabr 2018
Kosmosda tarixdə ilk dəfə belə bir əməliyyat həyata keçirldi

Rusiyalı kosmonavtlar Oleq Kononenko və Serqey Prokopyev «Soyuz MS-09» kosmik gəmisində örtüyü açarkən orda dəlik aşkar ediblər. Kononenko gəminin məişət bölməsində mikrometeorit müdafiənin nümunəsini kəsib götürməli idi. Digər kosmonavt Serqey Prokopyev onu müşaiyyət edib.

«Kosmonavtlar mikrometeorit müdafiə nümunəsindən kəsərək izolyasiya konteynerinə yerləşdiriblər», - deyə Uçuşları idarə Etmə Mərkəzindən bildirilib.

Bundan başqa Kononenko müdafiə örtüyündən əlavə nümunə də götürərək, xüsusi konteynerə yerləşdirib.

Qeyd edək ki, kosmosda meteoritəleyhinə müdafiə örtüyünün yarılması əməliyyatı tarixdə ilk dəfə həyata keçirilib.

Kononenko dəlikdən də nümunə götürüb.

Bu nümunə germetik, yaxud yapışdırıcının izinin olub-olmamasınıi müəyyənləşdirəcək./faktxəbər

Xəbər lenti