Xəzər Xəbər

Trampdan təəccübləndirən İŞİD açıqlaması "30 gün içində məhv olacaqlar"

Dünya | 10:36 • 12 Dekabr 2018
Trampdan təəccübləndirən İŞİD açıqlaması

"ABŞ İŞİD-in zərər verdiyi dini və etnik azlıqlara dəstək olmağa davam edəcək".

ABŞ Prezidenti Donald Tramp "Terror təşkilatı İŞİD-ə qarşı böyük bir işlər görmüşük. O bölgədə sayları çox az qalıb və qarşıdakı 30 gün içində heç biri olmayacaq" sözlərini deyib.

Ağ Evdə keçirilən və İraq ilə Suriyadakı azlıqların qorunmasını, onlara dəstək verilməsini nəzərdə tutan qanunun imzalanması mərasimində danışan Tramp İŞİD-lə bağlı diqqətçəkən ifadələr işlədib.

Terror təşkilatı İŞİD-in bu regionda yaşayan hər kəsə qarşı çox pis işlər gördüyünü bildirən Trump "ölkəsinin bu təşkilata qarşı əvvəldən etibarən qərarlı bir şəkildə mübarizə apardığını" ifadə edib:

"ABŞ İŞİD-in zərər verdiyi dini və etnik azlıqlara dəstək olmağa davam edəcək".

Tramp çıxışından sonra kameralar qarşısında sözügedən qanuna imzasını atıb.

 AzNews.az

Xəbər lenti

Çox oxunanlar