Xəzər Xəbər

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi

Gündəm | 10:02 • 12 Dekabr 2018
İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdi

Prezident Ulu Öndərin məzarı önünə əklil qoyub.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəliblər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.

Azərbaycanın dövlət himni səsləndirib.

Dövlət başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzülüb.


Xəbər lenti