Xəzər Xəbər

Strasburqda matəm: Ölənlərin dəqiq sayı açıqlandı

Hadisə | 09:58 • 12 Dekabr 2018
Strasburqda matəm: Ölənlərin dəqiq sayı açıqlandı
Fransanın Strasburq şəhərinin mərkəzində baş verən silahlı insident zamanı ölən və yaralanan şəxslərin sayı açıqlanıb.

Fransanın daxili işlər naziri Kristof Kastaneri bəyan edib ki, atışma nəticəsində 3 nəfər ölüb, 12 nəfər yaralanıb.


Yaralılardan 6-sının vəziyyəti ağırdır. Hadisə ilə əlaqədar bu gün Strasburq şəhərində matəm elan ediləcək.

Qeyd edək ki, atışma şəhərin mərkəzində təşkil olunmuş Milad bazarında baş verib. Hadisə ilə əlaqədar prezident Emmanuel Makron daxili işlər naziri Kristof Kastaneri təcili Strasburqa göndərib./azvision.az

Rubrikanın digər xəbərləri

Xəbər lenti