Xəzər Xəbər

ATƏT PA sədri: “İşğalçılara sanksiyalar tətbiq olunmalıdır”

Gündəm | 09:48 • 12 Dekabr 2018
ATƏT PA sədri: “İşğalçılara sanksiyalar tətbiq olunmalıdır”
Cənubi Qafqaz regionundakı mövcud münaqişələrlə bağlı vəziyyətdə irəliləyiş yoxdur. Bu isə təkcə region üçün deyil, Avropa üçün də ciddi təhlükə mənbəyidir.


XəzərXəbər xəbər verir ki, bu sözləri AzərTAc-a müsahibəsində ATƏT Parlament Assambleyasının sədri Giorgi Tsereteli bildirib.

ATƏT PA-nın sədri deyib: "Bu gün Cənubi Qafqazın iki ölkəsinin – Gürcüstanın və Azərbaycanın ərazi bütövlüyü pozulub, torpaqları işğal olunub. Artıq neçə illərdir ki, bu münaqişələrin həlli istiqamətində aparılan danışıqlar nəticə vermir. Ona görə də hesab edirəm ki, işğalçılara qarşı ciddi tədbirlər görülməli, sanksiyalar tətbiq olunmalıdır”.

G.Tsereteli bu məsələni ATƏT xarici işlər nazirlərinin toplantısında da qaldırdığını bildirib.

Xəbər lenti