Xəzər Xəbər

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar bir sıra tədbirlər keçirilib - VİDEO

Veb TV | 19:38 • 11 Dekabr 2018
Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar bir sıra tədbirlər keçirilib -

Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ölkədə silsilə tədbirlər keçirilir. Bu gün Qafqaz Müsəlmanları İdarəsi, Yeni Azərbaycan Partiyasi və Respublika Ağsaqqalar Şurası da anım mərasimləri təşkil edib.

"Sovet dövründə hökumətə rəhbərlik etmək və imanını qoruyub saxlamaq hər kəsə nəsib olmurdu. Onun dinə olan xoş münasibətini hər zaman hiss etmişəm''.

Xezerxeber.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ulu öndər Heydər Əliyevin anım günü əlaqədar keçirilən tədbirdə ümummilli liderlə bağlı xatirələrini bölüşərkən deyib.

Ulu öndər Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının nümayəndələri Fəxri Xiyabana gələrək ümummilli liderin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Partiyanın sədr müavini, baş nazirin müavini Əli Əhmədov bildirib ki, Heydər Əliyev dünya miqyaslı bir siyasətçi olub. Onun Azərbaycan dövlətinə və xalqına misilsiz xidmətləri zaman ötdükcə daha dərindən dərk edilir.

Ağsaqqallar Şurasının üzvləri də ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov, rayon və şəhər təşkilatlarının nümayəndələri və Şura üzvləri ulu öndərin anım günü ilə əlaqədar Fəxri Xiyabana gələrək müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Fəttah Heydərov bildirib ki, ümummilli lider öz əməlləri və xidməti ilə daim Azərbaycan xalqının qəlbində yaşayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti