Xəzər Xəbər

Bakıda Azərbaycan -Türkiyə biznes-forumu keçirilib - VİDEO

Veb TV | 19:32 • 11 Dekabr 2018
Bakıda Azərbaycan -Türkiyə biznes-forumu keçirilib -

Azərbaycan və Türkiyə arasında kənd təsərrüfatı sektorunda əlaqələr genişlənir.

Xezerxeber.az-ın məlumatına görə, 2017-ci ildə ölkələr arasında aqrar sahənin ticarət dövriyyəsi bunu bir daha sübut edir. Bakıda keçirilən Azərbaycan-Türkiyə biznes- forumunda çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov Türkiyədən idxal edilən və həmin ölkəyə ixrac edilən aqrar məhsulların həcminin artdığını vurğulayıb.

İnam Kərimov qeyd edib ki, türkiyəli həmkarı ilə görüşündə findıqçılıq və pambıqçılıqda məhsuldarlığın artırılması, müasir texnologiyaların Azərbaycana transferi məsələləri müzakirə edilib. Nazir bildirib ki, aqrar sığorta sahəsində Türkiyənin təcrübəsi nəzərdən keçirilib və bununla bağlı yeni qanun layihəsi hazırlanır.

Türkiyənin kənd təsərrüfati və meşəçilik naziri Bəkir Pakdemirli isə deyib ki, iki ölkənin kənd təsərrüfatı məhsullarına olan tələbatı bir-birinin hesabına ödənməlidir.

Biznes-forumda çıxış edən Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzli aqrar sahədəki əməkdaşlığın daha da inkişaf etdirilməsinin hədəfləndiyini vurğulayıb.

Biznes-forumda aqrar sahədə fəaliyyət göstərən Azərbaycan və Türkiyənin iş adamları arasında fikir mübadiləsi aparılıb, anlaşmalar imzalanıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti