Xəzər Xəbər

Dmitri Kiselyov: Azərbaycan prezidentinin sözü regionda təhlükəsizliyə təminat verir - VİDEO

Veb TV | 19:35 • 11 Dekabr 2018
Dmitri Kiselyov: Azərbaycan prezidentinin sözü regionda təhlükəsizliyə təminat verir -

Rusiya - Azərbaycan münasibətlərinin, strateji tərəfdaşlığının təməli ümummili lider Heydər Əliyev tərəfindən qoyulub.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə "Rossiya seqodnya” beynəlxalq informasiya agentliyinin baş direktoru, Ümumrusiya Dövlət Televiziya və Radioyayımı Şirkətinin baş direktorunun müavini, populyar televiziya aparıcısı Dmitri Kiselyov "Vestnik Kavkaza”nın müxbiri ilə müsahibəsində bildirib.

Dmitri Kiselyov əlavə edib ki, nəinki Rusiya-Azərbaycan münasibətlərini, hətta Rusiya - Azərbaycan - İran üçbucağının təməlini də məhz Heydər Əliyev qoyub.

Telejurnalist qeyd edib ki, bu münasibətlər Xəzər dənizinin hövzəsindəki digər ölkələr üçün də örnək əməkdaşlıq zəmini yaradıb.

Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyev də ümummilli lider Heydər Əliyevin yolunu uğurla davam etdirir. Ölkənin hazırki inkişafı bunu deməyə əsas verir.

Dmitri Kiselyov bildirib ki, Azərbaycan Prezidenti qətiyyətli və böyük siyasətçidir, onun sözü regionda təhlükəsizliyə təminat verir.

O əlavə edib ki, Azərbaycanın region dövlətləri ilə münasibətləri qarşılıqlı maraqlar çərçivəsində inkişaf edir. Azərbaycanın stabil və inkişafda olan cəmiyyəti, güclənən iqtisadiyyatı var. Tanınmış aparıcı vurğulayıb ki, bu gün Qafqaz ölkələri öz talelərini özləri müəyyənləşdirməlidir: "Qafqaz ölkələri özləri gələcək inkişaf yollarını müəyyənləşdirməli, Azərbaycan, Ermənistan, Gürcüstan öz müqəddəratını müstəqil olaraq müəyyənləşdirməlidir. Şimali Qafqaza gəlincə, burda da münasibətlər balanslı şəkildə formalaşmalıdır. Qafqazda harmoniya əldə olunmalıdır".

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti