Xəzər Xəbər

Taksidə siqaret çəkənlər cərimələnəcəklər - VİDEO

Veb TV | 19:40 • 11 Dekabr 2018
Taksidə siqaret çəkənlər cərimələnəcəklər -

Bu gündən etibarən taksidə siqaret çəkənlər cərimələnəcəklər.

Xezerxeber.az-ın məlumatına görə, İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə edilən düzəliş artıq qüvvə minib.

İstər hərəkət vaxtı, istərsə də dayanmış vəziyyətdə taksidə sürücü və ya sərnişin siqaret çəkərsə, həmin şəxslər cərimə olunacaqlar.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, cərimələr yalnız taksi nişanı olan avtomobillərə deyil, ölkədə taksi kimi fəaliyyət göstərən bütün avtomobillərə şamil ediləcək. Hətta taksidə sürücünün sərnişinə siqaret cəkməsi üçün icazə verməsi belə sərnişini cərimədən sığortalamayacaq.

Elə sürücülər də qanunun tətbiqinin vacib olduğunu bildirirlər.

Qanunun icrasını Bakı şəhərində Dövlət Yol Polisi və Bakı Nəqliyyat Agentliyi həyata keçirəcək. Bölgələrdə isə bu işi yol polisi və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin əməkdaşları nizamlayacaqlar.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti