Xəzər Xəbər

Türkiyədə hücuma məruz qalan polis rəisi ölüb, 2 nəfər yaralanıb

Dünya | 17:37 • 11 Dekabr 2018
Türkiyədə hücuma məruz qalan polis rəisi ölüb, 2 nəfər yaralanıb

Hücuma məruz qalan Türkiyənin Rize vilayətinin polis idarəsinin rəisi xəstəxanada ölüb, daha iki polis əməkdaşı yaralanıb.

XXX

Türkiyənin Rize vilayətinin polis idarəsinin rəisi Altuğ Verdi hücuma məruz qalıb.

Trend-in məlumatına görə, hücum nəticəsində A.Verdi xəstəxanaya yerləşdirilib.

Onun sağlamlıq vəziyyəti barədə məlumat verilməyib.

Qeyd olunur ki, hücumu polis idarəsinin əməkdaşlarından biri törədib. O, hadisədən dərhal sonra saxlanılıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

Xəbər lenti