Xəzər Xəbər

İlhamə Quliyevanın oğlu azadlığa buraxılıb

Cəmiyyət | 17:10 • 11 Dekabr 2018
İlhamə Quliyevanın oğlu azadlığa buraxılıb

Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən, mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən O.Nadirovun vəkili Hüseyn Eynullayev deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən zərərçəkmişə dəyən ziyan tam şəkildə ödənilib.

O.Nadirov əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin hökmünə əsasən O.Nadirov barəsində şərti cəza seçilib və o, 1000 manat cərimə olunaraq məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, O.Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adı ilə dələduzluq edib. O.Nadirov bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan 11 min 960 manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq: xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, O.Nadirov bu iş üzrə məhkəməyə gəlmədiyi üçün Binəqədi Rayon Məhkəməsi onun barəsində axtarış qərarı çıxarıb. Oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb. Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb. O.Nadirov ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb. (Trend)

Rubrikanın digər xəbərləri

Azərbaycanda general-mayor
Azərbaycanda general-mayor VƏFAT ETDİ
10:39
Ağsuda narkokuryer
Ağsuda narkokuryer həbs edilib
09:00
Aprelin bütün sosial
Aprelin bütün sosial ÖDƏNİŞLƏRİ YEKUNLAŞDI
18:40 • 25 Aprel 2024
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər
Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır
17:03 • 25 Aprel 2024
İnternat məktəbinin direktoru
İnternat məktəbinin direktoru işdən çıxarıldı
17:00 • 25 Aprel 2024
Elmira Süleymanova
Elmira Süleymanova dəfn olunub
16:09 • 25 Aprel 2024
Xocalıda insan qalıqları
Xocalıda insan qalıqları AŞKARLANDI
15:21 • 25 Aprel 2024

Xəbər lenti