Xəzər Xəbər

İrlandiyada vergi sistemi

Dünya | 16:38 • 11 Dekabr 2018
İrlandiyada vergi sistemi

İrlandiyanı aşağı ödənişli vergi yurisdiksiyasına aid ölkələr sırasına daxil etmək olar. Bununla belə, ölkədə həm gəlir vergisi, həm kapital artımına görə 25 faizlik vergi və hətta hamı tərəfindən nifrət edilən mirasa görə vergi də mövcuddur.


AZƏRTAC xarici saytlara istinadən xəbər verir ki, İrlandiyada subay vergiödəyiciləri üçün ilk 32.800 avro gəlirə 20 faiz vergi və həmin məbləğdən artıq qalan vəsaitlərə görə isə 41 faiz vergi tətbiq olunur.


Daimi yaşayış yeri İrlandiya olmayan fiziki şəxslər üçün bu ölkədə müəyyən vergi güzəştləri mövcuddur. Mahiyyətinə görə, əcnəbi rezident İrlandiyada yalnız bu ölkədəki bank hesabına köçürdüyü pul gəlirlərinə görə vergi ödəməlidir. O səbəbdən bu ölkədə daimi yaşamayıb, müvəqqəti yaşayan əcnəbilər gəlir vergisi ödəməkdən qurtulmaq üçün öz gəlirlərini ofşorda saxlaya bilərlər.


İrlandiya şirkətləri ticarət fəaliyyətinə görə cəmi 12,5 faiz tarifi ilə vergi ödəyirlər. Bu yalnız ticari gəlirlərlə bağlıdır. Qeyri-ticari gəlirlər isə 25 faiz tarifi ilə vergiyə cəlb olunur.


Bu, Avropada korporativ vergilərlə bağlı ən aşağı tarifdir. O səbəbdən İrlandiyada ofşor biznes sektorunun çiçəklənməsi heç də təəccüblü görünmür.

Xəbər lenti