Xəzər Xəbər

20 satıcı cərimələndi - Səbəb

Hadisə | 11:48 • 11 Dekabr 2018
20 satıcı cərimələndi - Səbəb

Uşaqlara siqaret satırmışlar...

Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə Baş İctimai Təhlükəsizlik İdarəsinin və yerli polis orqanlarının əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilir.

DİN-dən XəzərXəbər-ə verilən məlumata görə, son günlər Baş İctimai Təhlükəsizlik İdarəsinin paytaxtın Yasamal, Nizami, Xətai, Sabunçu, Nərimanov, Binəqədi və Səbail Rayon Polis idarələrinin əməkdaşları ilə birgə keçirdikləri reydlər nəticəsində həmin rayonların ərazilərində mağaza və köşklərdə satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satması faktları aşkar edilmişdir.

Həmin mağaza və köşklərin 20 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) ilə protokollar tərtib edilmiş və hər biri 100 manat məbləğində cərimə olunmuşdur.

​Bu istiqamətdə tədbirlər davam etdirilir.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024

Xəbər lenti