Xəzər Xəbər

Hava Hücumundan Müdafiə bölmələri həyəcan siqnalı ilə qaldırıldı

Gündəm | 11:42 • 11 Dekabr 2018
Hava Hücumundan Müdafiə bölmələri həyəcan siqnalı ilə qaldırıldı

Hava düşmənini təqlid etmək üçün təlimlərə aviasiya bölmələri də cəlb olunub.

Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə (HHM) hissə və bölmələrinin döyüş atışlı taktiki-xüsusi təlimləri keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər zamanı həyəcan siqnalı ilə qaldırılan bölmələr şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətlərini məşq ediblər.

Hava düşmənini təqlid etmək üçün təlimlərə aviasiya bölmələri də cəlb olunub. Təlimlərin sonunda ümumqoşun birləşmələrinin HHM bölmələri döyüş atışları icra ediblər.

Xəbər lenti