Dövlət başçısının qohumları "Autopistas del Sol” şirkətinin fəaliyyəti ilə bağlı suallara cavab verməli olacaqlar.
Argentinalı hakim rüşvət işi ilə bağlı ölkə prezidenti Maurisio Makrinin atası, sahibkar Franko Makrini dindirilməyə çağırıb.
İfadə verməsi üçün, həmçinin prezidentin qardaşı da məhkəməyə getməlidir.
Dövlət başçısının qohumları "Autopistas del Sol” şirkətinin fəaliyyəti ilə bağlı suallara cavab verməli olacaqlar.
Belə ki, eks-prezidentin hakimiyyəti illərində şirkət dövlətdən yol tikintisi ilə bağlı sazişlər əldə edib. Bu ilin mayına kimi ata və oğul Makrilər bu şirkətdə pay sahibi olublar.(qafqazinfo.az)