Xəzər Xəbər

Xalq artisti Türkiyə səhnəsində geyimləri ilə hər kəsi HEYRAN ETDİ - VİDEO

Veb TV | 13:49 • 10 Dekabr 2018
Xalq artisti Türkiyə səhnəsində geyimləri ilə

Xalq artisti Aygün Kazımova Türkiyədə keçirilən "Altın Kelebek” mükafat mərasimində Azərbaycanın müğənnisi seçilib.

Hər il ənənəvi olaraq keçirilən mükafatlandırma gecəsində Aygün Kazımova da iştirak edib. Həmyerlimizə "Azərbaycanda ilin qadın müğənnisi” nominasiyası üzrə mükafatı makiyaj ustası Önder Tiryaki təqdim edib. Xalq artisti mərasimdə "S.U.S” adlı mahnısını səsləndirib.

Ulduzun mərasim üçün geyimlərini "Afffair" brendinin yaradıcısı dizyaner Rüfət İsmayıl hazırlayıb. Qırmızı xalçaya boz kostyumda və qeyri-adi saç bəzəyində çıxan müğənni səhnə üçün qara krujeva paltar və uzunboğaz çəkmə seçib. O, dəstləri ilə hər kəsi özünə heyran qoya bilib./publika.az

Xəbər lenti