Xəzər Xəbər

Nazir: Azərbaycan dünyanın 10 ən çox islahat aparan ölkələri sırasındadır

Gündəm | 12:21 • 10 Dekabr 2018
Nazir:

Bu gün ölkəmiz inkişafın yeni mərhələsindədir. Prezidentin rəhbərliyi ilə ölkədə uğurlu islahatlar aparılır. Qəbul olmuş stateji yol xəritələri milli iqtisadiyyatın inkişafı üçün yeni imkanlar açır.

Bunu bu gün keçirilən aqrar və yaşıl texnologiyalar üzrə Beynəlxalq Forumunda nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə deyib.

O bildirib ki, bütün bunlar beynəlxalq hesabatlarda da öz əksini tapıb. "Dünya bankının son biznes hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yeri tutub. Eyni zamanda, ölkəmiz dünyanın 10 ən çox islahat aparan ölkələri sırasına aiddir. Yüksək texnologiyalar bir iqtisadi sektor kimi dünyada sürətlə inkişaf etməklə yanaşı, həm də digər sahələrin inkişafında böyük rol oynayır. Ölkəmizdə də bu sahə diqqət mərkəzindədir".

Xəbər lenti