Xəzər Xəbər

Ata doğma uşaqlarını öz adına keçirə bilmir - Səbəb isə maraqlıdır - VİDEO

Veb TV | 20:23 • 21 Noyabr 2018
Ata doğma uşaqlarını öz adına keçirə bilmir -

Həyat yoldaşı dünyasını dəyişən kişi indi uşaqlarını öz adına keçirə bilmir. Buna səbəb ailə qurduğu qadının Rusiya vətəndaşı olmasıdır. Atanın sözlərinə görə, onların 4 övladı rəsmi nikahları olmadığı vaxt dünyaya gəlib. Sonradan rəsmi nigaha girsələr də bu il həyat yoldaşı ağır xəstəlikdən dünyasını dəyişib. İndi ata övladlarını öz adına keçirə bilmir.

Ata doğma uşaqlarınıöz adına keçirə bilmir.

Buna səbəb həyat yoldaşının dünyasını dəyişməsi və Rusiya vətəndaşı olmasıdır.

Uşaqların atası Anar Əkbərovun dediyinə görə, o Volodina Nataliya Valeryevna ilə rusiyada 2010-cu ildə ailə həyatı qurub. Müəyyən səbəblərdən onların arasında rəsmi nikah olmayıb. Buna baxmayaraq qeyri-rəsmi nikahdan onların 4 uşağı dünyaya gəlib. 2016-cı ildə rəsmi olaraq nikaha girən ailənin bundan sonra da bir uşağı doğulub.

Uşaqların anası Nataliya Valeryevna bu il sentyabr ayının 25-də ağır xəstəlikdən dünyasını dəyişib. Problemlər də elə bundan sonra başlayıb. Qeyri-rəsmi nikah müddətində dünyaya gələn 4 uşağın faktiki olaraq atası olmasını təstiqlətmək istəyən Anarın bütün cəhdləri nəticəsiz qalıb.

O, bununla bağlı dəfələrlə rusiya səfirliyinə müraciət etdiyini və yox cavabı aldığını deyir. Anar Əkbərov deyir ki, o bu səbəbdən indi uşaqların bağça, məktəb məsələlərində bir sıra problemlərlə qarşılaşır.

Hüquqşunas Anar Ramazanov deyir ki, bu kimi hallar mülkü və ailə qanunvericiliyində ətraflı şəkildə tənzimlənir. Uşaqların atasının bunun üçün ərizə ilə məhkəməyə müraciət etməsi kifayətdir.

Hüquqşunasın sözlərinə görə, hər bir qeyri-rəsmi nikahdan dünyaya gələn uşağın öz valideynini tanıma hüququ var.

Xəbər lenti