Xəzər Xəbər

Nazir xaricdə təhsil alan gənclərin işlə təminatından DANIŞDI VİDEO

Veb TV | 20:19 • 21 Noyabr 2018
Nazir xaricdə təhsil alan gənclərin işlə təminatından DANIŞDI

2019-2023-cü illərdə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyini artırmaq üçün yeni dövlət proqramı qəbul edilib. Təhsil naziri Ceyhun Bayramov bu proqramın təfərrüatlarını açıqlayıb. Nazir xarici ölkələrlə ikili diplom proqramlarına üstünlük veriləcəyini və xaricdə doktorantura oxumaq istəyənlərə maliyyə dəstəyi göstəriləcəyini vurğulayıb.

Xaricdə təhsil proqramının ikinci mərhələsi həyata keçiriləcək. Artıq proqramın əhatə edəcəyi prioritet sahələr də müəyyənləşdirilib.. Bu barədə təhsil naziri Ceyhun Bayramov məlumat verib.. Nazir deyib ki, yeni proqram universitetlərin xarici ölkələrlə ikili diplom proqramına cəlb edilməsini və doktorantura pilləsində xaricdə təhsil almaq istəyənlərin maliyyələşdirilməsini əhatə edəcək.

İndiyədək 3558 nəfərin dövlətin maliyyə dəstəyi ilə xarici ölkələrin ən nüfuzlu təhsil müəssisələrində təhsil aldığını deyən Nazir onların Vətənə qayıtdıqdan sonra burada iş imkanları məsələsinə də toxunub. Ceyhun Bayramov bunun üçün bir sıra güzəştlərin tətbiq olunduğunu və prosesin davam etdiyini vurğulayıb.

Təhsil kreditlərindən danışan nazir bu məsələnin təhsilin davamlılığının təmin olunması üçün böyük önəm daşıdığına diqqət çəkib.

Təhsil naziri onu da qeyd edib ki, xaricdə doktorantura təhsili ilə bağlı hansısa limit yoxdur. Nə qədər ehtiyac varsa, o qədər insanın xaricdə oxumasına dəstək veriləcək.

Xəbər lenti